Skripal ABŞ-da gizlənə bilər

Skripal ABŞ-da gizlənə bilər

Baxış sayı: 3. 006 dəfə baxılıb.

Serqey Skripal və qızı Yuliyaya ABŞ-a köçmək təklif olunacaq.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti yazır.

Qəzetin məlumatına görə, Mİ-6 məxfi xidməti Mərkəzi Kəşfiyyat İdarəsi ilə Skripalın yeni adla göndərilməsini müzakirə edib. Onun göndəriləcəyi ölkələr arasında Kanada, Avstraliya və Yeni Zellandiya ilə yanaşı, ABŞ-da qeyd olunub.

Həmçinin mənbə qeyd edib ki, zərərçəkmişlər artıq ifadə vermək imkanındadırlar.

Qəzetin məlumatına görə, Yuliya Rusiya tərəfindən dəstəkdən imtina edib. Bu da onun birdəfəlik Qərbə köçməsinə işarədir.

www.ÇıxışYolu.Com