Böyük Britaniya hökuməti BMT Təhlükəsizlik Şurasında və KSQT icraiyyə şurasında “Skripal işi” ilə bağlı iclas çağırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Britaniyanın Rusiyadakı səfirliyi “Twitter” səhifəsində məlumat paylaşıb.
“Kimyəvi silahların qadağan edilməsi haqqında Konvensiyanın tələblərini pozduğuna görə Rusiyanı məsuliyyətə cəlb etmək vacibdir”,- deyə dipmissiyanın paylaşdığı məlumatda qeyd olunur.
Qeyd edək ki, aprelin 12-də KSQT Britaniyada siyasi sığınacaq almış keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın sinir-paralitik maddə ilə zəhərləndiyi faktını təsdiqləyib.
Təşkilatın ekspertlərinin hazırladığı hesabata görə, götürülmüş nümunələr əsasında müayinə edilən kimyəvi maddə xalis olub, tərkibində hər hansı qatqı aşkarlanmayıb.