Skripalı “zəhərləyənlər” Solsberi səyahətindən danışdılar

Baxış sayı: 2. 879 dəfə baxılıb.

Skripalı “zəhərləyənlər” Solsberi səyahətindən danışdılar

Böyük Britaniyanın Skripal işində ittiham etdiyi rusiyalı Aleksandr PetrovRuslan Boşirov bildiriblər ki, bu ilin martında, həqiqətən də, Solsberi şəhərində olublar. 

ÇıxışYolu.Com xəbər verir ki, onların müsahibəsi RT telekanalında yayımlanıb. 

Onlar deyiblər ki, Skripalın yaşadığı Solsberi şəhərinə dostlarının məsləhəti ilə turist qismində gediblər. Onların sözlərinə görə, şəhərə martın 3-də çatıblar və bir saat gəziblər. 

Bundan başqa, onların sözlərinə görə, Britaniyada Skripal işində göstərilən şəxslərdirlər və əsl adları Aleksandr Petrov Ruslan Boşirovdur. 


Öz fəaliyyətləri ilə bağlı danışan zaman onlar orta səviyyəli sahibkar olduqlarını bildiriblər. Həmin şəxslər Rusiya hərbi kəşfiyyatında işləmədiklərini deyiblər. 

Media qarşısına çıxmağa isə Rusiya prezidenti Vladimir Putinin sentyabrın 12-dəki çağırışından sonra qərar verdiklərini deyiblər. Rusiya prezidenti onların kriminal şəxslər olmadığını və ictimaiyyət qarşısına çıxmalı olduğunu bildirmişdi. 

www.ÇıxışYolu.Com