Skripalın ev heyvanlarının ölümü qalmaqala yol açıb

Skripalın ev heyvanlarının ölümü qalmaqala yol açıb

Baxış sayı: 2. 332 dəfə baxılıb.

Heyvan haqları müdafiəçiləri Britaniya hökumətindən  keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın evində yaşayan heyvanların ölümü halının araşdırılmasını tələb edib.

ÇıxışYolu.Com xəbər verir ki, belə bir bəyanatla  Britaniya  heyvanlarının müdafiəsi cəmiyyətinin rəhbəri Eliza Allen “İndependent” qəzetinə verdiyi müsahibədə çıxış edib.

Maraqlıdır ki, təşkilat baş verənlərə görə Britaniya polisini günahlandırır.  Onun sözlərinə görə, zəhərlənmə ilə bağlı insidentdən sonra polis əməkdaşları Skripalın ev dağsiçanlarını  və pişiyini xilas etməyib.

Qapısı möhürlənmiş evdə qalan gəmiricilərin susuzluqdan  tələf olduğu bildirilir.

Qara Fars cinsindən olan Neş van Dreyk adlı pişik isə stres vəziyyətində aşkarlanıb və sonradan müayinə olunması üçün Porton-Daun kimya laboratoriyasına göndərilib.

Baytar pişiyin istirablarına son qoymaq üçün onu  iynə ilə öldürmək qərarına gəlib.

www.ÇıxışYolu.Com