Keçmiş rusiyalı casus Serqey Skripal və onun qızı ilk dəfə sinir iflic edən “Noviçok” maddəsi ilə qaldıqları evdə təmasda olub.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.
Anti-terror polisi əsas səyləri Skripalın yaşadığı ünvana yönəldib. Belə ki, evin qapısında “Noviçok” maddəsinin izləri aşkarlanıb.
Skripal martın 4-də qızı Yuliya ilə birgə Salisburi qəsəbəsində skamyada huşsuz vəziyyətdə tapılıb. Kimyəvi maddə ilə zəhərlənmiş keçmiş kəşfiyyat polkovniki hazırda xəstəxanada kritik vəziyyətdədir.
Ekspertlərin fikrinə görə, o və qızı sağ qalsa belə ömürlük əlil olacaq.