13f043c7-441f-4c2f-bef8-51eae85b0432..jpg

SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir

Baxış sayı: 903 dəfə baxılıb.

SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən
Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb.

İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya
Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası
genişlənir. Şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına
başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi
göndərilib.

İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə
dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa,
Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac
edilib.

Source link