“Skype”ın işində pozuntu yaranıb

“Skype”ın işində pozuntu yaranıb

Baxış sayı: 1. 851 dəfə baxılıb.

“Skype” proqramının istifadəçiləri videoçat servizinin işində ciddi pozuntunun yarandığından şikayət edir.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “downdetector.com” məlumat yayıb.

Nəşrin məlumatına görə, problemlə bağlı şikayətlər Rusiya, Yaponiya, Britaniya, Niderland, ABŞ, İspaniya, Bolqarıstan, Rumıniya, İtaliya və Avstriyadan daxil olub.

Şikayətçilərin çoxu messencerə qoşula bilmədiklərini, qalanları isə mətn ismarıcları göndərə bilmədiklərini bildirir. Həmçinin bəziləri səsli ismarıcların göndərilməsində problemin olduğunu iddia edir.

.
www.ÇıxışYolu.Com