Azərbaycanda Prezident seçkiləri günü səsverməni MDB missiyasının 221 üzvü müşahidə edəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.
“Missiya Azərbaycanın, demək olar, bütün seçki dairələrində seçkiləri müşahidə etmək niyyətindədir.
Hər şeyi əhatə etməyi planlaşdırırıq”, – Y.Sloboda deyib.
O bildirib ki, müşahidə missiyasının rəhbəri, MDB-nin İcraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək.
Xatırladaq ki, MDB-nin uzunmüddətli müşahidə missiyası martın 20-dən Azərbaycandadır.
Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.