1e2c28f1-4d95-49b1-87aa-68fb8069b445..jpg

Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxardı

Baxış sayı: 488 dəfə baxılıb.

Slovakiya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxardı

Slovakiya Rusiyanın Bratislavadakı səfirliyinin bir əməkdaşını ölkədən çıxarıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

“Slovakiya Respublikası 14 sentyabr 2023-cü il tarixində Rusiya
Federasiyasının Slovakiya Respublikasındakı səfirliyinin əməkdaşını ölkədən
çıxarmaq qərarına gəlib”, – deyə mətndə bildirilib.

Rusiyanın Slovakiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin
məlumatına görə, səfirin diqqəti diplomatik nümayəndənin öz fəaliyyətini
diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq həyata
keçirməsinin zəruriliyinə yönəldildilib.

Slovakiya Xarici İşlər Nazirliyi qeyd edib ki, səfirliyin əməkdaşı 48 saat
ərzində ölkəni tərk etməlidir.

Mənbə: TASS

Source link