Slovakiyadakı parlament seçkisində rusiyapərəst partiya qalib gəldi
Slovakiyada keçirilən parlament seçkisində qələbəni artıq iki dəfə (2006-2010
və 2012-2018-ci illərdə) ölkənin baş naziri olmuş Robert Fitsonun İstiqamət –
Sosial Demokratiya partiyası qazanıb.
Siyasətçi rusiyapərəst hesab olunur. O, 2014-cü ildə Rusiyaya qarşı tətbiq
edilən sanksiyaları tənqid edib və Kiyevə hərbi yardımın davam etdirilməsinə
qarşı çıxıb.
Ekspertlər Fitsonun “liberal olmayan Avropa İttifaqı oxu”nun bir hissəsinə
çevrilə biləcəyi və Macarıstana oxşar mövqe tutacağını proqnozaşdırırlar.
Mənbə: inosmi.ru