cdc96922-13e1-4d8f-b9ba-e8415ff693ea..jpg

Slovakiyanın baş nazirinin vəziyyəti açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 483 dəfə baxılıb.

Slovakiyanın baş nazirinin vəziyyəti açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı güllə yaraları ilə xəstəxanaya
daxil olub”.

Bu barədə baş nazirin qaldığı xəstəxananın direktoru danışıb.

Onun sözlərinə görə, 59 yaşlı baş nazir beş güllə yarası alıb:

“Fitso kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat otağında beş saat
qalıb və bu müddət ərzində həkimlər onun həyatı və sağlamlığı üçün mübarizə
aparıblar”.

“Hər şey uğurla başa çatdı. Hazırda onun həyatı üçün hər hansı təhlükə
yoxdur”, – deyə baş həkim vurğulayıb.

02:14

“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.

Bunu “BBC”yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi
naziri Tomas Taraba deyib.

O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o,
sonunda sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.

15.05.2024

Slovakiyanın Baş naziri Robert Fitso süni koma vəziyyətinə salınıb.

“Onun vəziyyəti ağırdır”, – deyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri
bildirib.

Qeyd edək ki, Fitsonun uğurla əməliyyat olunduğu və vəziyyətinin stabil olduğu
barədə məlumatlar təsdiqlənməyib. Baş nazirin daxili orqanları zədələnib.

Mənbə: Sputnik

22:35

Slovakiyanın Baş naziri Robert Fitsoya hücum edən 71 yaşlı yazıçı Yuray
Sintulanın oğlu məsələ ilə bağlı fikirlərini bölüşüb.

“Atamı buna nəyin sövq etdiyini, planlarının nə olduğunu və onu buna nəyin
vadar etdiyini həqiqətən başa düşə bilmirəm”, – deyə Sintulanın oğlu bildirib.

Atasının Fitsoya qarşı antipatiyasının olub-olmadığını soruşduqda isə, oğlu
birbaşa cavab verməkdən yayınıb.

“Sizə bunu deyim – atam seçkilərdə onu dəstəkləməyib. Deyə biləcəyim tək şey
budur”, – deyə o şərh edib.

O qeyd edib ki, atası əvvəllər siyasətçiyə qarşı sui-qəsd cəhdindən
danışmayıb, təcavüzkarın psixiatriya klinikasında xəstə olması ilə bağlı
yayılan xəbərləri təkzib edib və atasının silah sahibi olmaq üçün rəsmi
icazəsinin olduğunu təsdiqləyib.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın
nahiyəsindən çoxsaylı güllə yarası alıb. Helikopterlə Bratislavaya aparılan baş
nazir artıq əməliyyat olunub. Onun vəziyyəti stabil qiymətləndirilir.

Mənbə: Aktuality

22:11

“Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd siyasi motivlərlə həyata
keçirilib”.

Bunu siyasətçiyə atəş açan yazıçı Yuray Sintula bəyan edib.

“Mən hökumətin siyasəti ilə razı deyiləm”, – deyə o bəyan edib.

O da bildirilib ki, baş nazir artıq əməliyyat olunub. Onun vəziyyəti stabil
qiymətləndirilir.

Məlumata görə, sui-qəsdə məruz qalaraq güllələnən hökumət başçısının huşu
yerindədir

21:44

Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto
Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü
olması ilə bağlı yayılan xəbərləri təkzib ediblər.

Cixisyolu.com xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Onun həmçinin
partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə
pisləyirik”, – deyə partiyanın bəyanatında deyilir.

20:12

Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb.

Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra
tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı
görünür.

Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir.

19:08

Slovakiya baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın
olduğu məlum olub.

O, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır.

Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini
açıq şəkildə ifadə edib.

Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə,
qarşıdakı saatlar həlledici olacaq.

Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici
səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

Mənbə: Shot

17:31

Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı
güllə yarası alıb.

Helikopterlə Bratislavaya aparılan baş nazirin vəziyyətinin çox ağır olduğu
bildirilir.

Slovakiya Prezidenti Zuzana Çaputova baş nazirə edilən bu qəddar hücumu
pisləyib.

Şahidlərin dediklərinə görə, Fitso Nazirlər Kabinetinin iclasından sonra
xalqın qarşısına çıxdığı zaman ard-arda üç-dörd güllə səsi eşidilib.

17:14

Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.

Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb. Onu xəstəxanaya
aparırlar.

Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.

Mənbə: Vesti, “Plus ONE DAY”, Mk.ru

Source link