9b6843bc-efaa-4497-8574-a30ed0043ca2..jpg

“Slovo patsana” serialının ulduzu restoranda qalmaqal salıb və ofisiant qadını dişləyib – VİDEO

Baxış sayı: 413 dəfə baxılıb.

“Slovo patsana” serialının ulduzu restoranda qalmaqal salıb və ofisiant qadını
dişləyib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı aktyor Nikita Koloqrivıy Novosibirskdə restoranda sərxoş halda dava
salıb.

Məlumata görə, qonağı olduğu kafenin işçilərindən birini yaxınlıq etməyə razı
sala bilməyən aktyor onun ayağından dişləyib, sonra da əllərini sıxmağa
başlayıb.

Daha sonra sosial şəbəkələrdə “Slovo patsana. Krov na asfalte” serialının
ulduzunun bir neçə dəfə kafenin qonaqları və işçiləri ilə dalaşdığı, lakin
qarşısı alındığı videolar paylaşılıb. Kadrlardan birində o köynəyini çıxarır və
başqa kişilərlə dava etməyə cəhd göstərir.

Sənətçinin davası ilə bağlı internetdə məlumat yayıldıqdan sonra polis
araşdırmalara başlayıb. Aktyorun ictimai asayişi pozması ilə bağlı
hüquq-mühafizə orqanlarına müraciət də daxil olub.

Kologrivıy hotelin foyesində saxlanılaraq bölməyə aparılıb.

Mənbə: lenta.ru

Source link