438bcdc7-8dfa-4cc8-ae14-7f9d38747b70..jpg

“Slovo Patsana”nın gözlənilməz alternativi: Serialın aktyoru qətlə görə həbs olundu – FOTO/VİDEO

Baxış sayı: 381 dəfə baxılıb.

“Slovo Patsana”nın gözlənilməz alternativi: Serialın aktyoru qətlə görə həbs
olundu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın səs-küylü “Slovo Patsana. Krov na asfalte” serialında “Demid”
rolunun ifaçısı Sergey Bazanov Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsinin
qərarı ilə həbs edilib.

O, 2011-ci ildə iş adamı Aleksandr Cabiyevin qətli ilə bağlı işdə şübhəli kimi
tanınıb.

İstintaq müəyyən edib ki, aktyor Moskvada dörd nəfərdən ibarət cinayətkar
qrupun üzvü olub. Hücum edənlər Cabiyevlə görüşüblər, ondan içərisində 900 min
dollar olan çantasını almaq istəyiblər. Biznesmen müqavimət göstərib, qarşı
tərəf də tapança ilə onun başına atəş açıb. Bundan sonra da pulu oğurlayıb
qaçıblar. Soyğunçuların idarə etdiyi avtomobil hadisə yerinin yaxınlığında tərk
edilmiş vəziyyətdə tapılıb. Yaralı biznesmen xəstəxanaya yerləşdirilsə də,
sonradan dünyasını dəyişib.

Sergey Yeni ili istintaq təcridxanasında qeyd edəcək.

“Məhkəmə 2024-cü il fevralın 20-dək iki ay müddətinə həbs qətimkan tədbiri
seçib”, – deyə Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsinin Mətbuat Xidməti xəbər
verib.

Mənbə: Thevoicemag.ru


Source link