33098b66-2cd3-4401-9a22-b34ac748e5dc..jpg

“Slovo Patsana”nın ulduzu “Mirotvorets”in bazasına salındı – FOTO/VİDEO

Baxış sayı: 443 dəfə baxılıb.

“Slovo Patsana”nın ulduzu “Mirotvorets”in bazasına salındı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın səs-küylü “Slovo Patsana. Krov na asfalte” serialında “Kaşşey” rolu
ilə tanınan Nikita Koloqrivıy Ukraynanın “Mirotvorets” saytının məlumat
bazasına daxil edilib.

Sayt aktyorun şəxsi məlumatlarını dərc edib və onun sosial şəbəkələrdəki
səhifələrinə keçidlər verib.

Aktyor “Rusiya təcavüzünə ictimai dəstək”, “Ukraynanın dövlət sərhədini qəsdən
pozmaq”, “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmək”də ittiham
olunub.

Qeyd edək ki, “Mirotvorets” portalı Ukraynanın təhlükəsizliyini təhdid etdiyi
iddia olunan insanlar haqqında məlumatları dərc edir. Siyahı 2014-cü ildən
tərtib olunur.

Mənbə: Gazeta.ru


Source link