4cf080a8-b65f-4a83-aa78-19bced96104d..jpg

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO

Baxış sayı: 286 dəfə baxılıb.

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına uyğun olaraq snayper tüfənglərindən atəş hazırlığı
üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra
hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə
gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma
qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla
icra ediblər.

Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq
səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının
daha da təkmilləşdirilməsidir.


Source link