Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı
üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən
məlumat verilib.
Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları
çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın
döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər:
“Snayperlər şərti düşmən hədəflərinin aşkar edilməsi və düzgün nişanalma
qaydalarına əməl olunmaqla məhvi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə
yetiriblər. Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların
hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma
bacarıqlarının daha da təkmilləşdirilməsidir”.
Təlimdən GÖRÜNTÜLƏR
Snayperlər silahları döyüş vəziyyətinə gətirdilər: Təlimdən GÖRÜNTÜLƏR