ABŞ-ın yeni təyin olunmuş mərkəzi kəşfiyyat idarəsinin rəhbəri terrorda şübhəli bilinən insanlar üzərində işgəncələrdə iştirak edib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden “Twitter” hesabında məlumat paylaşıb.
“Mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru şübhəlilərə işgəncələrin verilməsində aparıcı rolu oynayıb…Onun adı son dərəcə məxfi əmrdə qeyd olunub. Həmin əmrə görə, Konqresə çatmasın deyə işgəncələr barədə bütün məlumatlar məhv edilməli idi” deyə Snouden qeyd edir.
“New York Times”da dərc olunan məqaləyə görə, 2002-ci ildə Cina Haspel terrorda şübhəli bilinən iki nəfər üzərinə işgəncələri müşahidə edib, daha sonra qəddar dindirilmə prosesinin video kassetlərinin məhv edilməsində iştirak edib.
Sözü gedən işgəncələrin Taylandın məxfi həbsxanasında yer aldığı bildirilir. Snouden həmçinin iddia edir ki, Haspel Avropa İttifaqı ölkələrinə səfər etsə, həbs olunma riski ilə üzləşə bilər.
The new CIA director was a key part of the torture program and its illegal cover-up. Her name was on the Top Secret order demanding the destruction of tapes to prevent them being seen by Congress. Incredible. https://t.co/HjVHCPCbpo https://t.co/VamIGa1A8w
— Edward Snowden (@Snowden) 13 марта 2018 г.