Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.
Bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.
Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.