c24359c9-7654-4f94-b17a-64c4b346e98d..jpg

SOCAR BTC ilə Qazaxıstan neftinin tranzitinə başladı

Baxış sayı: 859 dəfə baxılıb.

SOCAR BTC ilə Qazaxıstan neftinin tranzitinə başladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan
(BTC) boru kəməri ilə tranzitinə başlayıb.

Bu barədə “Report”a SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream
Operations” MMC-dən bildirilib.

Məlumata görə, “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk
partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından
Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə
1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata
keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata
keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq
“Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal
terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi
istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə
gücündən istifadə səviyyəsini artırıb.

Source link