Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında
dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə
“Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek
Maqnes arasında keçirilən görüş zamanı baş tutub.
Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin
möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir
mübadiləsi aparıblar.