848df09e-8038-46e7-9e8a-e4086e393d4f..jpg

SOCAR-da yüksək vəzifəyə təyinat olub – FOTO

Baxış sayı: 2. 256 dəfə baxılıb.

SOCAR-da yüksək vəzifəyə təyinat olub – FOTO

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə”də yüksək vəzifəyə
təyinat olub.

Cixisyolu.com-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2022-ci il 1
yanvar tarixindən etibarən Fuad İbrahimov “SOCAR Türkiyə”nin nəzdində təbii
qazın paylanması, təbii qaz və elektrik enerjisi təchizatı, ticarət və
topdansatış sahələrində fəaliyyət göstərən Təbii Qaz Biznes Bölməsinə rəhbər
təyin edilib.

2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F.İbrahimov Türkiyə,
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin
inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə”də
Neft-Kimya Biznes Qrupunun direktoru kimi fəaliyyətə başladıqdan sonra Neft
Emalı və Neft-Kimya Biznes Bölməsində, həmçinin Korporativ Mərkəzdə müxtəlif
rəhbər vəzifələrdə çalışıb.

“SOCAR Türkiyə” Təbii Qaz Biznes Bölməsinin prezidenti təyin edilən Fuad
İbrahimov müvafiq bölmənin nəzdində fəaliyyət göstərən “Bursagaz”, “Kayserigaz”
və “SOCAR Enerji Ticaret” şirkətlərinin idarəçiliyinə cavabdeh olacaq.

Source link