3017936f-f02f-45e0-b61a-c3df9460055c..jpg

SOCAR Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib – FOTO

Baxış sayı: 390 dəfə baxılıb.

SOCAR Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dünya Bankı neft-qaz hasilatı,
bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq
perspektivlərini müzakirə edib.

Bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və
Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier
ilə bu gün keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli
əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji
layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun igtisadi inkişafı və
Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda
enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıb.

Source link