752f2c97-1c6c-4d77-b692-a9c807c6893c..jpg

SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinə dair sazişlər imzalanıb – FOTO

Baxış sayı: 736 dəfə baxılıb.

SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinə dair
sazişlər imzalanıb – FOTO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri
çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan
Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin
işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik
və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə
sazişi imzalanıb.

SOCAR-dan verilən məlumata görə, Azərbaycanda 2030-cu ilə qədər elektrik
enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə
çatdırılması hədəflənir.

Sözügədən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda
istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin
və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.

Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti
olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik
Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat
elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200
min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.

Source link