8f199352-426a-44e9-a364-227c4be51611..jpg

SOCAR-ın prezidenti ICIEC-in baş icraçı direktoru ilə görüşüb – FOTO

Baxış sayı: 414 dəfə baxılıb.

SOCAR-ın prezidenti ICIEC-in baş icraçı direktoru ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf
sentyabrın 6-da İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan İnvestisiya və
İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı
direktoru Ussama Kayssi ilə görüşüb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan Respublikası ilə İİB arasında uzunmüddətli
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə
çatdırılıb. Bu xüsusda ötən il ölkəmiz tərəfindən “İnvestisiya və İxrac
Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Təsis Müqaviləsi”nin təsdiq
edildiyi məmnunluqla qeyd edilib.

Görüş çərçivəsində SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi
investisiya layihələri, şirkətin uzunmüddətli korporativ strategiyası, bu
istiqamətdə görülən işlər və gələcək hədəflər barədə məlumat verilib.

Tərəflər enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial
əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Source link