9b88c89b-12e8-4dbf-8f3b-1b9282b35eda..jpg

SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb – FOTO

Baxış sayı: 456 dəfə baxılıb.

SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR prezidenti Rövşən Nəcəf Yaponiyanın ən iri bank holdinqlərindən biri
olan “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli
fəaliyyətlərindən məmnunluq ifadə edilib, SOCAR ilə “Mizuho” Bankı arasında
əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ hədəfləri, bu xüsusda
enerji keçidi, rəqəmsallaşma, innovasiya və biznes dayanıqlılığı kimi fəaliyyət
istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Tərəflər enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını nəzərdən
keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.

Source link