SOCAR-ın törəmə müəssisəsi ICA mükafatı üçün qısa siyahıya daxil edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SOCAR Midstream Operations” MMC (SOCAR-ın törəmə müəssisəsi) “Tələblərə
uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə
Xidmətləri” kateqoriyasında “ICA Compliance Award” müsabiqəsinin finalçısı kimi
qısa siyahıya daxil edilib.
Bu barədə “SOCAR Midstream”dan Cixisyolu.com-a bildirilib.
“ICA Compliance Award”un qısa siyahısına daxil edilməyimizdən məmnunuq. Bu
mükafat normativ tələblərin və maliyyə cinayətlərinin qarşısının alınması
sahəsində nailiyyətlərə, əməkdaşlığa və yeniliyə görə təqdim edilir”, –
məlumatda qeyd edilib.
Bildirilib ki, rəsmi mükafatlandırma mərasimi iyunun 27-də Londonda
keçiriləcək.
“SOCAR Midstream Operations” şirkətini “Tələblərə uyğunluqla bağlı ilin ən
kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında
finalçı kimi qısa siyahıya düşdüyünə görə təbrik etməkdən böyük məmnunluq
duyuram. İyunun 27-də keçiriləcək mükafatlandırma mərasimində bütün
finalçılarımızı salamlamağı səbirsizliklə gözləyirəm”, – ICA-nin prezidenti
Pekka Deyr vurğulayıb.
Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC 2014-cü ildə yaradılıb.
Şirkətin nizamnamə kapitalı 59,501 milyon manatdır.