c749857f-ae5b-4562-a073-78fa745a8d62..jpg

SOCAR ITFC ilə dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib – FOTO

Baxış sayı: 447 dəfə baxılıb.

SOCAR ITFC ilə dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlığı
müzakirə edib – FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf
İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə
Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun
İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə
görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə İİB arasında
uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İİB
tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda
həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından
əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında
məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan
enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların
tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.

Tərəflər infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və
rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib,
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Source link