675d6149-f653-4e29-87f2-e240a1b9bc06..jpg

“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim olunub – FOTO

Baxış sayı: 524 dəfə baxılıb.

“SOCAR Könüllülər” qrupunun ilk məzunlarına sertifikatlar təqdim olunub – FOTO

13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “SOCAR Könüllülər” qrupunun ilk məzunları ilə görüş keçirilib.

Cixisyolu.com xəbər verir ki, “SOCAR Tower”da keçirilən görüşdə “SOCAR Könüllülər”
qrupunun ilk məzunlarını salamlayan SOCAR-ın kommunikasiya məsələləri üzrə
icraçı direktoru Aygün Hüseynova Azərbaycan Respublikasının Prezidentiİlham
Əliyevin təşəbbüsü ilə başladılan könüllülük hərəkatının dövlətimizin həyata
keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib.
İcraçı direktor könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə
təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd
edərək bu hərəkatın bir parçası olan “SOCAR Könüllülər” qrupunun ilk
məzunlarını təbrik edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Aygün Hüseynova 2022-ci ilin sentyabrında SOCAR Media İctimai Birliyinin
nəzdində yaradılan könüllülər qrupunun ötən bir il ərzində səmərəli fəaliyyət
göstərdiyini, şirkət tərəfindən həyata keçirilən tədbirlərdə yaxından iştirak
edərək mühüm təcrübə qazandıqlarını bildirib.

İnsan kapitalının inkişafı baxımından könüllülər hərəkatının əhəmiyyətindən
bəhs edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ölkəmizdə mövcud
könüllülük hərəkatının gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına,
onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına imkan yaratdığını
vurğulayıb.

Vitse-prezident könüllülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün
SOCAR-da əlverişli şəraitin yaradıldığını qeyd edib. SOCAR könüllülərinin
ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə töhfə verdiyini ifadə edən Ziba
Mustafayeva “SOCAR Könüllülər” qrupunun ötən bir il ərzindəki çoxşaxəli
fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

Tədbirdə çıxış edən “SOCAR Könüllülər”i üzrə SOCAR-ın səlahiyyətli nümayəndəsi
Ruqiyyə Musayeva məzun olan könüllülərə tədbirlərdə yaxından iştiraklarına, il
ərzində aktiv fəaliyyətə görə təşəkkür edib.

Sonra “SOCAR Könüllülər”in qrup rəhbəri Murad Əliyev qrupun ötən bir il
ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonda Könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə
fotosu çəkilib.

Source link