60952af3-ec17-46f6-9cbb-67323b0fa524.webp

“SOCAR könüllüləri” ilə bağlı tədbir keçirilib

Baxış sayı: 96 dəfə baxılıb.

12 oktyabr 2024-cü il tarixində “SOCAR könüllüləri” qrupuna yeni könüllülərin
qəbul olunması və fəaliyyətini tamamlamış könüllülərin təltif edilməsi ilə
bağlı tədbir keçirilib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan
tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“SOCAR könüllüləri” qrupunun üzvlərinin illik fəaliyyətini əks etdirən
videoçarx nümayiş olunub.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Kommunikasiya məsələləri üzrə
icraçı direktoru Aygün Hüseynova Azərbaycan Respublikasının Prezidentiİlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək diqqət və
qayğısı nəticəsində bu gün ölkəmizdə geniş vüsət alan könüllülük fəaliyyətinin
bir çox istiqamətlərdə, o cümlədən sosial, iqtisadi, siyasi sahələrdə geniş
yayılaraq böyük hərəkata çevrildiyini vurğulayıb.

“SOCAR könüllüləri”nin qısa müddət ərzində fəaliyyət göstərmələrinə
baxmayaraq, artıq böyük SOCAR ailəsinin bir üzvünə çevrildiklərini bildirən
Aygün Hüseynova könüllülərin şirkətin bütün təşəbbüslərində yaxından iştirak
edərək şəxsi inkişaflarına və peşəkar fəaliyyətlərinə müsbət təsir göstərəcək
nailiyyətlər əldə etdiklərini, bilik və bacarıqlarını təkmilləşdirdiklərini
qeyd edib.

Yeni qəbul olunan könüllüləri ürəkdən təbrik edən icraçı direktor fəaliyyətini
tamamlamış könüllülərə gələcək həyatlarında uğurlar diləyib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təməli
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər
siyasətinin ölkəmizdə sağlam düşüncəli, yüksək bilik və bacarıqlara malik gənc
nəslin formalaşmasını təmin etdiyini diqqətə çatdırıb.

Bu gün Azərbaycan gənclərinin müxtəlif sahələrdə əzmlə fəaliyyət göstərərək
ölkəmizin hərtərəfli inkişafına önəmli töhfələr verdiklərini deyən nazir
könüllülük fəaliyyətinin bu gün gənc nəslə praktiki biliklərin qazanılmasına,
seçdikləri sahənin mənimsənilməsinə böyük dəstək olduğunu bildirib. Ölkəmizdə
könüllülük hərəkatının daha da genişləndirilməsi istiqamətində görülən işlərdən
bəhs edən Fərid Qayıbov bu istiqamətdə “SOCAR könüllüləri”nin fəaliyyətini
yüksək dəyərləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

“SOCAR könüllüləri” adından çıxış edən Türkan İsrafilli qrupun ötən bir il
ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonda könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə
fotosu çəkdirilib.

Source link