6a9e3bfa-3793-4e23-8050-06af4a1c6992..jpg

“SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

“SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər Əliyev İli” çərçivəsində 19 oktyabr 2023-cü il tarixdə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətində (SOCAR) “SOCAR Könüllüləri” qrupuna 100
tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib.

SOCAR-dan verilən məlumata görə, tədbir iştirakçıları öncə Ümummilli Lider
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan
tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf
ölkəmizdə könüllülük hərəkatının Azərbaycan Respublikasının Prezidentiİlham
Əliyevinmüəyyənləşdirdiyi gənclər siyasətinin əsas komponentlərindən biri
olduğunu, bu xüsusda, könüllülük fəaliyyətinin tənzimlənməsi üçün “Könüllü
fəaliyyət haqqında” Qanunun qəbul olduğunu diqqətə çatdırıb.

Rövşən Nəcəf könüllülük fəaliyyətinin bu gün gənc nəslə praktiki biliklərin
qazanılmasına, seçdikləri sahənin mənimsənilməsinə dəstək olduğunu bildirib.
“SOCAR Könüllüləri”nin artıq böyük könüllü ailəsinin bir üzvünə çevrildiyini
bildirən SOCAR-ın prezidenti ötən bir il ərzində könüllülərin öz şəxsi
inkişaflarına və peşəkar fəaliyyətlərinə mühüm töhfə verəcək nailiyyətlər əldə
etdiklərini qeyd edib. Bu il müsabiqə əsasında qəbul edilən “SOCAR
Könüllüləri”nin sayının 60-dan 100-ə yüksəldildiyini bildirən Rövşən Nəcəf
simvolik 100 rəqəminin seçilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti
olduğunu vurğulayıb və “SOCAR Könüllüləri” sırasına yeni qoşulan könüllülərə
müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxışında
dövlətimiz tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin ölkəmizin
hərtərəfli inkişafındakı rolundan bəhs edərək Azərbaycanın mövqeyinin
gücləndirilməsində, haqq səsimizin dünyaya çatdırılmasında gənclərimizin
üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Ümummilli Lider Heydər Əliyevin
gənclər siyasətinin davamı olaraq ölkə başçısının yüksək diqqət və qayğısı ilə
ölkəmizdə bilikli, dünyagörüşlü, vətənpərvər, sağlam düşüncəli gənc nəslin
formalaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Fərid
Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti
dövründə formalaşmış Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi
qəhrəmanlıqlardan danışıb. Könüllülük hərəkatının gənclərin inkişafında mühüm
rol oynadığını vurğulayan nazir könüllülük fəaliyyətinin genişləndirilməsi
istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən bəhs edib, “SOCAR
Könüllüləri” qrupunun yeni üzvlərinə gələcək fəaliyyətlərində uğurlar diləyib.

“SOCAR Könüllüləri” Murad Əliyev və Ülfət İbrahimli könüllülərin fəaliyyəti
ilə bağlı təqdimatla çıxış edib, göstərilən yüksək diqqətə görə qrup adından
SOCAR-a minnətdarlıqlarını bildiriblər.

Sonda “SOCAR Könüllüləri”nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Source link