SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını
aparır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1 300 hektarlıq çirklənmiş
əraziləri var”.
“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev
“Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda
deyib.
Onun sözlərinə görə, bu irs də bizə sovet vaxtından miras qalıb: “Bu
çirklənmiş torpaqların təmizlənməsi üçün məsləhətçilərlə diaqnostikanı
aparırıq. Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək. Bu torpaqların
təmizlənməsi üç mərhələdə həyata keçiriləcək”
Ə.İsayev əlavə edib ki, hazırda hökumətlə bu məsələyə baxılır: “Bəzi
institutlar da bizə kömək edir. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası
(IFC) bizə texniki yardım layihəsi çərçivəsində dəstək göstərir. Çünki SOCAR
tək başına bunu edə bilməyəcək”.