b31ef1c1-1c35-4aa2-ad8e-58aee3cf482b..jpg

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

Baxış sayı: 593 dəfə baxılıb.

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına
qoşulacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hədəflərini elan etdikdən sonra
Birləşmiş Millətlər Təşkilatının Neft və Qaz Metan Tərəfdaşlığı 2.0 (OGMP 2.0)
proqramına qoşulmaq niyyətindədir və bu, yaxın zamanda baş verəcək.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların
açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı
bu gün Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən
Forumda “Yaşıl Dünya Naminə Həmrəylik ili”ndə media gündəmi adlı paneldə deyib.

O bildirib ki, OGMP 2.0 proqramına 100-dən çox neft-qaz şirkəti üzvdür və bu
proqram həmin neft-qaz şirkətlərindən hər il hesabat toplayaraq açıq mənbələr
üçün dərc edir: “Öz hədəflərini elan edən neft-qaz şirkətləri maraqlıdırlar ki,
OGMP 2.0-ın üzvü kimi nailiyyətləri, emissiyaların azaldılması haqqında
hesabatlarını, məlumatlarını şəffaf formada həmin proqrama təqdim etsinlər.
Bundan əlavə 2027-ci ildə Avropa İttifaqında metanla bağlı qanunun qəbul
edilməsi gözlənilir. Qanun Avropaya məhsul ixrac edən şirkətlərdən
hesabatlarını tam şəffaf həyata keçirmələrini, OGMP 2.0-yə üzvü olmalarını,
hesabat vermək prosesindən keçmələrini tələb edir”.

M. Qurbanlı qeyd edib ki, SOCAR bu proqrama qoşulmaqla həm də gələcəkdə bu
kimi risklərin qarşısını alır.

Source link