“SOCAR Metanol”un istehsal proqnozu açıqlandı

“SOCAR Metanol”un istehsal proqnozu açıqlandı

Baxış sayı: 2. 356 dəfə baxılıb.

“SOCAR Metanol” 2018-ci ildə 350 min ton metanol istehsal etməyi planlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu şirkətin direktoru Elnur Mustafayev bəyan edib. 

O bildirib ki, 2017-ci ildə  “SOCAR Metanol” 265 min metanol istehsal edib.

Beləliklə, 106% planı yerinə yetirib. 2018-ci il üzrə isə proqnoz 350 min tondur.

Məlum olub ki, şirkətin 2019-cu il üzrə proqnozu 500 min tondur.

E.Mustafayev bildirib ki, hazırda  “SOCAR Metanol”  texniki və analitik metanol istehsal edir.

Məhsullar dünyanın müxtəlif ölkələrində satılır. Hansı ki, buraya İspaniya, İtaliya, Rumıniya, Türkiyə, Yunanıstan, Sloveniya, İsrail və başqa ölkələr daxildir. 

.
www.ÇıxışYolu.Com