SOCAR ötən il üçün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə
yaxın qazma işləri həyata keçirilib.
Cixisyolu.com SOCAR-a istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəriciləri ilə
müqayisədə 1,2 % çoxdur.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda
7,7 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunub. “2022-ci ilin
müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz
hasilatında isə 4 % artım qeydə alınıb”, – məlumatda deyilir.
SOCAR bildirir ki, ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib
və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,3 % artaraq, 48,3 milyard
kubmetr təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 30,1 milyon tondan
çox xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri
17,8 milyon ton təşkil edib.
“Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə
ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan
neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir”, –
məlumatda qeyd olunur.
Ölkə üzrə təbii qaz ixracı isə 6,9 % artaraq 23,9 milyard kubmetr olub.
Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 13,4 milyard kubmetr təşkil
edib.
2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz
emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon
tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac
edilib.