99b83bf4-0513-4525-b383-124ee904dc1e..jpg

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə müzakirələr aparıb – FOTO

Baxış sayı: 389 dəfə baxılıb.

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə müzakirələr aparıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük
Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Krallığın İxrac
Maliyyəsi Departamentinin (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə
görüşüb.

Cixisyolu.com bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif
sahələrdə, o cümlədən enerji sektorunda uğurla davam etdirildiyi bildirilib.
Böyük Britaniya şirkətlərinin Azərbaycandakı uzunmüddətli və səmərəli
fəaliyyəti qeyd edilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal
enerji layihələrinin regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyindəki
mühüm rolundan bəhs olunub.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və müxtəlif ölkələrdə həyata keçirdiyi
layihələr, neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası,
2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji
hədəfləri barədə məlumat verilib.

Görüş çərçivəsində bərpaolunan enerji, ədalətli enerji keçidi,
dekarbonizasiya, “Xalis sıfır”, rəqəmsallaşma və insan kapitalının inkişafı
istiqamətlərində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Source link