f3df4d51-b721-4972-9699-c419911a7953..jpg

SOCAR prezidenti Rövşən Nəcəf Pakistan nümayəndə heyəti ilə görüşüb – FOTO

Baxış sayı: 656 dəfə baxılıb.

SOCAR prezidenti Rövşən Nəcəf Pakistan nümayəndə heyəti ilə görüşüb – FOTO

2023-cü il fevralın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR) prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının investisiya
şurası naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud
Malik ilə görüşü keçirilib.

SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında
qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji
tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Pakistanın Azərbaycan Respublikasının
ərazi bütövlüyünə və suverenliyinə dəstəyi bir daha qeyd edilib.

İki ölkə arasında bütün sahələrdə olduğu kimi, energetika sahəsində də
əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib,
regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft-qaz
sektorunda, xüsusilə neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun
inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.

Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında mümkün əməkdaşlıq
imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Source link