Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.
Bu barədə “Report” SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında
hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması – enerji
səmərəliliyinin artırılması, “CCU/CCUS” (Karbonun tutulması və
istifadəsi/Karbonun tutulması, istifadəsi və saxlanması) və s. kimi imkanların
tətbiqini nəzərdə tutur.
Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun
qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.
SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi
inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2, və digər “yaşıl enerji
həlləri” ilə əvəz edəcək, həmçinin “yaşıl yanacaq” istehsalını artıracaq və
ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə
çalışacaq.