“Metan emissiyalarının azaldılması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
emissiyaların azaldılması proqramının tərkib hissəsidir”.
“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Metanla mübarizədə irəliləyiş:
Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi” mövzusunda panel
sessiyasının açılışında deyib.
O qeyd edib ki, şirkət dekarbonizasiya prosesini optimallaşdırmaq üçün
müntəzəm olaraq zərərli emissiyaları ölçür.
“Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini tədqiq edirik. Biz,
həmçinin peşəkar şirkətləri cəlb edərək yerdə ölçmə üsullarından istifadə
etməyə başlamışıq və onlarla birlikdə metan emissiyaları ilə mübarizəmizi
optimallaşdırmağa kömək edəcək süni intellekt aləti hazırlayırıq”, – Ə.İsayev
bildirib.