27eef849-73e2-4603-b1fb-3a56d29f035f..jpg

“SOCAR Türkiyə” “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3,5 milyon lirə ianə edib

Baxış sayı: 923 dəfə baxılıb.

“SOCAR Türkiyə” “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3,5 milyon lirə
ianə edib

“SOCAR Türkiyə” Türkiyədə zəlzələ qurbanlarına dəstəyini davam etdirir.

Faciənin ilk günündən təbii fəlakətdən zərər çəkənlər, habelə onlara yardım
göstərən qurumlara köməyini əsirgəməyən şirkət bu dəfə Türkiyə və Azərbaycan
teleradio kanallarının ortaq yayımında “Türkiyə, tək ürək” kampaniyası
çərçivəsində 3.5 milyon türk lirəsi məbləğində ianə edib.

Bunu canlı efirədə SOCAR Türkiyə şirkətinin Kommunikasiya və İctimaiyyətlə
Əlaqələr şöbəsinin rəhbəri Mikayıl Yusifov bəyan edib.

O, yaşanan faciənin ifadə ediləməyəcək qədər böyük olduğunu qeyd edərək,
Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olduğunu bir daha xatırladıb.

Source link