f0df3e0b-da71-4ec5-a230-bdcef2cb398a..jpg

“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən YDM-lərin sayını artırıb – FOTO

Baxış sayı: 684 dəfə baxılıb.

“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən
YDM-lərin sayını artırıb – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR
Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə,
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların
xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən
yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.

Bu barədə şirkətin “Twitter” hesabında qeyd edilib.

“Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı
yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və
növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin
sayını artırdıq.

Tutumu məhdud olan axtarış-xilasetmə maşınlarına ən sürətli dəstəyin
göstərilməsi üçün zəlzələ bölgəsində vətəndaşlarımızın fərdi avtomobillərinin
yanacaq tələbatını pulsuz ödəmək mümkün olmayacaq. Stansiyalarımızın
telefonlarının əlçatan olması vacibdir, bunun üçün kənar şəxslərin zəngləri
qəbul edilməyəcək. Xilasetmədə iştirak edənlərdən kənar zənglər lazım olan
şəxslərin və qurumların əlaqəsinə və xilasetmə işlərinə mane ola bilər”, – deyə
bildirilir.

YDM-lər bu ünvanlarda yerləşir:

Adıyaman / Merkez And Dereci Petrol – https://lnkd.in/d_VHBdNC
Telefon: 0532 585 20 32

Adıyaman / Kahta Erdoğanlar Petrol – https://lnkd.in/d92DAN3Y
Telefon: 0530 348 18 99

Aksaray / Merkez Altınsoy Ramsöy Petrol – https://lnkd.in/ds65z7tr
Telefon: 0537 543 71 11

Mersin / Mut Petrolim Petrol (Karşıyaka Mahallesi) – https://lnkd.in/duAwrk4E
Telefon: 0541 841 33 51

Mersin / Mut Petrolim Petrol (Kurtsuyu Mahallesi) – https://lnkd.in/d6_m2TVc
Telefon : 0541 841 33 51

Mersin / Akdeniz Ayçiçek Petrol – https://lnkd.in/d7AhdFqy
Telefon: 0532 675 41 33

Şanlıurfa / Halfeti İlçesi Acarpet Akaryakıt – https://lnkd.in/dnKn7g6S
Telefon: 0542 462 63 22

Şanlıurfa / Hilvan İlçesi Çakmak Petrol – https://lnkd.in/dUqe8UMh
Telefon: 0533 243 99 31

Şanlıurfa / Eyyübiye Atmaca Petrol – https://lnkd.in/d6a23Aqk
Telefon: 0536 034 04 46

Bakır Petrol – https://lnkd.in/dhaGRcxg Telefon:
0532 355 82 90

Şanlıurfa / Bozova Cankarataş Petrol – https://lnkd.in/dSgCARTT
Telefon: 0532 433 85 68

Şanlıurfa / Birecik Özacarlar Petrol – https://lnkd.in/d2Pzjdw3
Telefon: 0544 543 34 63

Gaziantep / Şehitkamil Özemin Petrol – https://lnkd.in/dhNUfTgn
Telefon: 0542 794 58 96

Hatay / Dörtyol Hidayet Petrol – https://lnkd.in/dezFpdeG
Telefon: 0532 603 54 19

Kahramanmaraş / Dulkadiroğlu OKM Enerji Petrol –
https://goo.gl/maps/PY1XsLRWC61ffAR4A… Telefon: 0507
353 73 08

Kahramanmaraş / Onikişubat OKM Enerji Petrol –
https://goo.gl/maps/EuYwDq31tsqCDTTK8… Telefon: 0507
353 73 08

Kahramanmaraş / Onikişubat Saylak Petrol – https://lnkd.in/d39C2jaC
Telefon: 0531 650 28 31

Kahramanmaraş / Türkoğlu Nempet Yakıt – https://lnkd.in/dbaAhg3r
Telefon: 0536 034 04 46

Adıyaman, Aksaray, Gaziantep, Hatay, Kahramanmaraş, Mersin ve Şanlıurfa’daki
Hazar Akaryakıt istasyonlarından, ambulans, itfaiye ve görevdeki tüm kurtarma
araçlarına ücretsiz akaryakıt sağladığımız istasyon sayısını artırdık.
@AFADBaskanlik @ahbap
@AKUT_Dernegi
@kizilay
#deprem

pic.twitter.com/rea1Hbat9h
— SOCAR Türkiye (@SOCAR_Turkiye) February 9, 2023

Source link