58aaea4d-111e-495d-a3e5-8769f34d6b02..jpg

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Baxış sayı: 901 dəfə baxılıb.

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə
təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR
Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı
Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə,
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların
xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.

Bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.

Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının
təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.

Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat
malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi
Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində
materialı təmin edib.

Source link