“SOCAR Türkiyə”nin rəhbəri (CEO) Zaur Qəhramanov bu ilin sentyabr ayında “STAR” zavodunun istehsalata başlayacağını bildirib.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Z.Qəhramanov 2019-cu ilin əvvəlində yeni neft-kimya kompleksinin tikinsinə investisiya yatırılacağını deyib:
“2022-ci ilin sonunda bu kompleksin inşasını tamamlamağı düşünürük. 2017-ci il SOCAR üçün çox uğurlu olub. “Petkim” həm istehsal, həm gəlir və mənfəət baxımından rekord qırıb”.
Məlum olub ki, “Petkim” ötən il 1,4 milyard lirə mənfəət əldə edib:
“Bütün layihələrimiz uğurla irəliləyir. Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və “STAR”ın inşası davam edir. 2018-ci ildə bu inşaat prosesləri başa çatacaq. Son səkkiz ildə davamlı olarak investisiya qoyduğumuz bu iki böyük layihə tamamlanacak. TANAP vasitəsilə ilk qaz iyun ayında Türkiyəyə ötürüləcək. Sentyabrda isə “STAR” zavodu istehsala başlayacaq”.
O qeyd edib ki, SOCAR-ın Türkiyədə planlaşdırdığı 19,5 milyard dollarlıq investisiya qoyluşunun 12,6 milyard dolları reallaşdırılıb:
“Davam edən layihələrimiz tamamlandığı zaman həmin rəqəm 16,5 milyard dollara çatacaq. Qalan 3 milyard dollarlıq qisim isə yeni sərmayələr üçün 2018- 2019 və 2020-ci illərdə sərf ediləcək”.