9d82bbbb-6e8d-44bc-864f-e675f6711cf8..jpg

SOCAR üzrə satılan qazın xərci ARTIB

Baxış sayı: 489 dəfə baxılıb.

SOCAR üzrə satılan qazın xərci ARTIB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il SOCAR üzrə 1 000 kubmetr qazın faktiki hasilat maya dəyəri 67,57 manat
təşkil edib.

SOCAR-ın illik hesabatında verilən məlumata görə, ötən il şirkət üzrə qazın
istehsal maya dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,34 manat və ya
10,35% artıb.

Hesabata əsasən, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində
material xərclərinin xüsusi çəkisi – 2,5%, yanacaq xərcləri 0,3%, elektrik
enerjisi xərci 0,4%, əmək haqqı – 12,4%, sosial sığorta fonduna ayırmalar –
2,8%, əsas vəsaitlərin amortizasiyası – 14,1%, əsas vəsaitlərin təmiri 4,9%,
əsas vəsaitlərə texniki xidmət – 10,8%, nəqliyyat xərcləri – 12,4%, mühafizə
xərcləri 2,0%, mədən vergisi – 19,1%, digər vergilər 4,5%, digər xidmətlər üzrə
xərclər 11,9%, digər xərclər isə 2% təşkil edir.

Qeyd olunur ki, şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın hasilat maya dəyəri
2021-ci illə müqayisədə 6,34 manat (10,35%) artıb.

Sənəddə bildirilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı,
“Azəriqaz” İstehsalat Birliyinin digər xərcləri, qazın emalı, saxlanması,
nəqli, “Azərkontrakt” SC-dən alınmasına çəkilən xərclər nəzərə alınmaqla
2022-ci ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 165 manat
təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə bu göstərici 121,9 manat təşkil edib, bu da ötən
ilin göstəricisi ilə müqayisədə 43,1 manat və ya 35,36% çoxdur.

Source link