e8960ebd-1973-4c50-b28f-cce53ec3fc6c..jpg

SOCAR və “Brookfield” təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqini müzakirə edib – FOTO

Baxış sayı: 491 dəfə baxılıb.

SOCAR və “Brookfield” təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqini
müzakirə edib – FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük investisiya
şirkətlərindən biri olan “Brookfield” təmiz və rəqəmsal enerji
texnologiyalarının tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

SOCAR-ın verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin
“Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad
Ellaun ilə görüşündə bildirilib.

Görüşdə “Brookfield” şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi
infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs
edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes
dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet
istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.

Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli
investisiya mühitindən danışıb, bu istiqamətdə dekarbonizasiya, infrastruktur
layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.

Source link