SOCAR və “KazMunayGaz” əməkdaşlıq əlaqələrini genişləndirir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli
Şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial
mövcuddur.
Bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və “KazMunayGaz” şirkətinin
İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə arasında keçirilən görüşdə
bildirilib.
Məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı
münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla
inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bu ilin oktyabr ayında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif
istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik
ifadə olunub.
Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı,
rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.