SOCAR və “KazMunayGaz” əməkdaşlıq münasibətlərini genişləndirir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli
Şirkəti qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi
imkanlarını nəzərdən keçiriblər.
SOCAR-dan verilən məlumata görə, bu gün şirkətin prezidenti Rövşən Nəcəf ilə
“KazMunayGaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş baş
tutub.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı,
enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsinin
əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tərəflər neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.