SOCAR və “Qazprom” Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişafı
imkanlarını müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın “Qazprom” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını
müzakirə ediblər.
Müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR
prezidenti Rövşən Nəcəf arasında bu gün keçirilən işgüzar görüşündə aparılıb.
“Tərəflər qaz sahəsində şirkətlər arasında əməkdaşlığın cari və gələcək
məsələlərini nəzərdən keçiriblər”, – Rusiya şirkətindən verilən məlumatda
deyilir.
Mənbə: gazprom.ru