9b591dd6-ddf7-4968-bab6-445db2226ea4..jpg

SOCAR və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb – FOTO

Baxış sayı: 405 dəfə baxılıb.

SOCAR və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Xəzər Universiteti arasında
Əməkdaşlıq Sazişi imzalanıb.

SOCAR-dan verilən məlumatına görə, Şirkətin baş ofisində təşkil olunan
imzalanma mərasimindən öncə qonaqlar ulu öndər Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti Sərgisi ilə tanış olublar.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Sazişin önəmini
qeyd edib. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz
sənayesinə marağının artmasına verəcəyi töhfələrdən bəhs edən vitse-prezident
əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın
rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi
tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən
birinin təhsil və sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən
rektor bu gün SOCAR ilə əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli
addımın atıldığını diqqətə çatdırıb.

Source link