“SOCAR-Petrofac” MMC dövlət qeydiyyatına alınıb.
ÇıxışYolu.Com Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121, nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Ruslan Əflatun oğlu İbrahimovdur.
VN “SOCAR-Petrofac”ın Müşahidə Şurasının üzvlərini də açıqlayıb. Bunlar Fuad Salman oğlu Süleymanov, Xalik Rəfi oğlu Məmmədov, Kərim Osseiran, Fişer David Trevordur.