a35944eb-0b5c-4fb9-993e-8bb25fda74ed..jpg

SOCAR yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalayıb

Baxış sayı: 742 dəfə baxılıb.

SOCAR yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bakı Gəmiqayırma Zavodu” MMC
neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.

Bu barədə SOCAR-a maliyyə hesabatında məlumat yayılıb.

Məlumata görə, gəmiqayırma müqaviləsinin ümumi dəyəri 28,8 milyon ABŞ
dollarıdır.

Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı
ilə yaradılıb. 100% dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz
kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və
neft məhsullarının satışından ibarətdir.

“Bakı Gəmiqayırma Zavodu”nun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın
10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə
Prezidentiİlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci
ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.

Source link